Соглашение и правила

“TWELFY” tətbiqinin "Razılaşma və Qaydaları"
 

1.  Bilik müsabiqəsinin təşkilatçısı
“TWELFY” – Mülkiyyəti və müəllif hüquqları  “SETUP” MMC-yə (bundan sonra: “Təşkilatçı”) məxsus (Ünvan: AZ1113, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M. RƏSULZADƏ STQ, FAİQ RÜSTƏMOV, 124/108. VÖEN:1007194531) mobil Tətbiq vasitəsilə yayımlanan (bundan sonra “Tətbiq”), pul mükafatlarının olduğu, real vaxt rejimində çalışan, ödənişsiz və/və ya ödənişli interaktiv bilik müsabiqəsidir (bundan sonra “Müsabiqə”) 
Bu müsabiqə lotereya, stimullaşdırıcı lotereya, mərc oyunu deyildir və müsabiqədə qaliblərin müəyyən edilməsi və mükafat(lar)ın verilməsi təsadüf prinsipinə əsaslanmır.
 


2.  Tətbiqin İstifadəçiləri və Müsabiqədə iştirak
2.1 İstifadəçi – 18 yaşı tamam olmuş, Tətbiqdə lazımi və nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş, fiziki şəxsdir.
2.2 İştirakçı – Müsabiqə yayımlanarkən ona qoşulan — nümayiş olunan və (və ya) aparıcının verdiyi birinci sualı təqdim olunmuş cavab variantlarından birini seçərək cavablandırmış, Tətbiqin İstifadəçisidir.
2.3 Qalib – Müsabiqənin bütün suallarını düzgün cavablandırmış İştirakçıdır.


3.  Ümumi müddəalar
3.1 “TWELFY” interaktiv bilik müsabiqəsində iştirak qaydaları (bunda sonra “Qaydalar”) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci Maddəsinə əsasən oferta sayılır.
3.2 Tətbiqdə qeydiyyatdan keçməklə İstifadəçi/İştirakçı aşağıdakıları təsdiq edir:
3.2.1 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409-cu maddəsinə əsasən Təşkilatçının ofertasına (təklifinə) aksept (qəbul edərək) göndərərək onunla müqavilə bağlamasını; 
3.2.2 Bu Qaydalarla və bu Qaydaların tərkib hissəsi olan Təşkilatçının Məxfilik siyasəti (qaydaları), Tətbiqin “Qaydalar” bölməsində, Tətbiqin tez-tez soruşulan suallar (FAQ) bölməsində və Tətbiqə aid rəsmi sosial şəbəkə səhifələrində müəyyən edilən şərtlərlə tanış olduğunu və razı olduğunu;
3.2.3 ­ Təşkilatçıya təqdim etdiyi bütün məlumatların dəqiqliyi, dolğunluğu və doğruluğu ilə bağlı bütün məsuliyyəti üzərinə götürdüyünü.
3.3    İstifadəçiyə QADAĞANDIR

3.3.1 Tətbiqin, müəllif hüquqları Təşkilatçıya və ya üçüncü şəxslərə məxsus elementlərini, onların xüsusi razılığı olmadan, yaymaq, canlandırmaq, təsvir etmək, kommersiya və ya qeyri-kommersiya məqsədləri ilə emal (istifadə) etmək;
3.3.2 Təşkilatçının razılığı olmadan Tətbiqlə qarşılıqlı bağlılıqla fəaliyyət göstərən və/və ya Tətbiqdən məlumat xaric edən, toplayan avtomatlaşdırılmış vasitələrin (proqramların, botların, krauler və digər avtomatik məlumat toplama vasitələrinin) istifadəsi qadağandır.
3.3.3 İnternet şəbəkəsində və ya onun xaricində saytların, tətbiqlərin və ya istənilən kommersiya fəaliyyəti zamanı Tətbiqin istifadə interfeysi və ya dizayn elementlərindən istifadə etmək, onları təkrarlamaq;
3.3.4 Kommersiya və ya qeyri-kommersiya məqsədilə Tətbiqdə vizual təsvirləri və digər şəxslərə dair məlumatları onların razılığı olmadan yaymaq;
3.3.5 Tətbiq tərəfindən təqdim olunan istifadəçi hüquqlarını hər hansı bir üsulla üçüncü şəxslərə ötürmək;
3.3.6 Tətbiqdə yerləşdirilmiş məlumatın toplanması üçün istənilən avtomatik və ya avtomatlaşdırılmış vasitələrdən istifadə etmək;
3.3.7 İrqi, milli, dini, siyasi, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol vermək;
 


4.  Təşkilatçının hüquq və səlahiyyətləri
4.1. Öz qərarı üzrə — Azərbaycan Respublikasının qanunvericiliyinin (tətbiq olunan qanunvericiliyin) tələblərini, Tətbiqdəki Qaydaların müddəalarını və üçüncü şəxslərin hüquqlarını pozan və ya pozmaq ehtimalı olan, o cümlədən onlara ziyan vurmaq, təhlükə yaratmaq ehtimalı olan istənilən məzmunlu məlumatı, heç bir əsaslandırma və xəbərdarlıq olunmadan Tətbiqdən silmək;
4.2. Kompüter viruslarına yoluxma, defekt, icazəsiz müdaxilə, saxtalaşdırma, texniki nasazlıq kimi hallar meydana çıxarsa və ya Təşkilatçı tərəfindən nəzarət oluna bilməyən istənilən digər səbəblərdən Müsabiqənin icrasını, təhlükəsizliyini, dürüstlüyünü və bütövlüyünü təmin etməkdə çətinliklər yaranarsa, bu səbəblərdən hazırkı Qaydaların hər-hansı aspekti yerinə yetirilə bilməzsə, bu zaman Təşkilatçı İstifadəçini bu barədə məlumatlandıraraq öz qərarı əsasında və hazırki Qaydaların şərtlərinə uyğun olaraq, Müsabiqənin keçirilmə vaxtını dəyişmək və ya müvəqqəti olaraq yarışmanı dayandırmaq;
4.3. Qanunvericilikdə digər hal nəzərdə tutulmayıbsa, İstifadəçiyə Tətbiqin istənilən və ya bütün elementlərinə girişi heç bir izahsız — əvvəlcədən xəbərdarlıq olunmaqla və ya xəbərdarlıqsız olaraq istənilən zaman məhdudlaşdırmaq  və ya dayandırmaq;
4.4. Özünün və ya partnyorlarının adından reklam, məlumat və ya xəbər (yenilik, xəbərdarlıq) xarakterli bildirişləri elektron poçt, sms göndərmələr, Tətbiqin funksionallığından istifadə etməklə və ya digər əlçatan vasitələrlə həyata keçirmək;
4.5. Tətbiqə dair mülkiyyət, o cümlədən intellektual hüquqların qorunması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan tədbirlər görmək;
4.6.Hazırkı Qaydalara dəyişikliklər etmək (dəyişikliklər —  edildiyi gündən sonra növbəti gün qüvvəyə minir və İstifadəçilər mütəmadi olaraq Qaydaların mətni ilə tanış olmalıdılar);
4.7. Müsabiqə yayımlanan zaman, Tətbiqdə İstifadəçilər/İştirakçılar tərəfindən hazırkı Qaydaların şərtlərinə uyğun olmayan məlumatların yerləşdirilməsinə qadağa qoymaq və ya silmək.
4.8. İstifadəçini/İştirakçını aşağıdakı hallarda diskfalifikasiya etmək və ya kənarlaşdırmaq:
4.8.1. İştirakçının cavablarının proqram təminatları (skript, makros və s.) tərəfindən generasiya olunmasına dair Təşkilatçıda əsaslı şübhələr yarandıqda;
4.8.2. İştirakçı qismində çıxış edən İstifadəçinin şəxsi səhifəsindəki ad və ya şəkil ümumi qəbul olunmuş normalara uyğun gəlmirsə və/və ya digər İştirakçıların şərəf və ləyaqətini alçaldan və ya onlar üçün təhqiredici hesab olunursa, üçüncü şəxslərin hüquqlarını pozursa, hazırkı Qaydaların tələblərinə cavab vermirsə, üçüncü şəxslərə məxsus əmtəəni/malları/işləri/xidmətləri reklam edirsə;
4.8.3.  İştirakçı hazırkı Qaydaların şərtlərinin pozulmasına yol verirsə;
4.9. Təşkilatçı, Yarışmanın keçirilməsinə sponsor cəlb etmək hüququna malikdir. Qeyd olunan hallarda Qalib(lər)ə Mükafatın ödənilməsi sponsorun hesabına həyata keçirilə bilər.
Təşkilatçı bu müqavilənin şərtlərinə istənilən dəyişikliklər etdiyi təqdirdə, İstifadəçiyə Tətbiq vasitəsilə bu haqda məlumat göndərəcəkdir və İstifadəçi Tətbiq vasitəsilə həmin məlumata razılığını  təsdiq etdiyi andan yeni müqavilə qüvvəyə minmiş sayılacaqdır.

5.  İstifadəçinin hüquqları,vəzifələri və öhdəlikləri
5.1  Müsabiqə və hazırkı Qaydalar barəsində məlumat almaq;
5.2 Təşkilatçının bütün şərtlərini yerinə yetirdiyi və Qalib elan olunduğu halda, Təşkilatçıdan Mükafatın ödənilməsini tələb etmək.
5.3 Müsabiqənin keçirilmə Qaydaları ilə tanış olmaq və onlara riayət etmək;
5.4 Öz əməlləri ilə üçüncü şəxslərin hüquqlarını pozmamaq, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə riayət etmək;
Bütün İstifadəçilər — Tətbiqdən istifadə zamanı yarana biləcək bütün mümkün xərcləri (o cümlədən İnternetə qoşulmaqla bağlı xərcləri) özləri ödəyirlər.
 
6.  Müsabiqənin keçirilmə qaydası və müddəti
6.1 Müsabiqə mütəmadi olaraq Tətbiq vasitəsilə keçirilir və yayımlanır. Müsabiqənin keçirildiyi   vaxt, keçirilmə şərtləri və Müsabiqədəiştirak haqqında ətraflı məlumatlar Tətbiqə aid rəsmi veb səhifəsində www.twelfy.az (bundan sonra - “Səhifə”), və sosial şəbəkə səhifələrində - FacebookInstagram, TikTok və YouTube eləcədə tətbiqdə müəyyən olunmuş Müsabiqə təqvimində (bundan sonra – “Təqvim”) paylaşılır. Müsabiqədə iştirak şərtləri barəsində Təşkilatçı tərəfindən Səhifədə paylaşılan məlumatla Qaydalardakı məlumat arasında ziddiyyət yarandığı halda, tətbiqdə müəyyən olunmuş Müsabiqə Təqviminə üstünlük verilir.

Müsabiqənin başlamasına 60 saniyə qalana qədər Mükafat fondu elan edilir.
6.2   Hər Müsabiqə zamanı İştirakçılara, hər birinin 4 (dörd) cavab variantı olmaqla ardıcıl olaraq 12 (on iki) sual təqdim olunur.  
6.3   Müsabiqədə hər sualı cavablandırmaq üçün İştirakçıya 12 (on iki) saniyə vaxt verilir və verilən vaxt ərzində İştirakçı düzgün olan cavab variantını seçməlidir. Bu müddət ərzində sualı düzgün cavablandırmış İstirakçı növbəti mərhələyə (suala) keçir. Bu müddət ərzində sualı səhv cavablandırmış və ya ümumiyyətlə cavablandırmamış İştirakçılar cavab verməmiş sayılırlar və onlar Müsabiqədə iştirakını dayandıraraq tamaşaçı olaraq seyr etməyə davam edirlər.
6.4   Qaliblər bütün suallar cavablandırıldıqdan sonra müəyyən olunurlar.
Bütün suallara doğru cavab vermiş İştirakçı(lar) qalib hesab olunur(lar). Mükafat fondunun həcmi hər oyundan öncə, Müsabiqə çərçivəsində ilk sual səsləndirilənədək/nümayiş olunanadək elan olunur. Müsabiqə çərçivəsində bir neçə İştirakçı qalib olduğu halda, mükafat fondu qalib İştirakçılar arasında bərabər paylarla bölüşdürülür.

Müsabiqə sessiyasının başlaması üçün minimum 20 iştirakçı həmin sessiyada iştirak etməlidir ki, bu say toplanmadıqda sessiya ləğv olunaraq biliklərinizi sınamaq müsabiqəsi üçün ödənişlər geri qaytarılır.

 
7.  Mükafat fondu. Mükafat(lar)ın qəbulu qaydası və müddətləri
7.1. Mükafat fondu – Bilik müsabiqəsinin əvvəlində müəyyən olunmuş qiymətə, müsabiqədə iştirak haqqı olaraq satılan biletlərin sayından əldə olunan gəlirin Təşkilatçı xərci olaraq 60%-nı təşkil edir və Müsabiqə çərçivəsində ilk sual nümayiş olunanadək açıqlanan, Azərbaycan manatında nəzərdə tutulan pul məbləğidir. 
 7.2. Mükafat – həcmi Qaliblərin sayı və Mükafat fondundan asılı olaraq, Müsabiqənin sonunda müəyyən olunan pul məbləğidir. Qalib tək olduqda, Mükafatın həcmi Mükafat fondunun həcminə bərabərdir. Bir neçə Qalib olduqda, Mükafatın həcmi Mükafat fondunun həcminin Qaliblərin sayına proporsional qaydada bölünməsi yolu ilə müəyyən olunur. Qalib olmadıqda, Mukafat fondu Təşkilaçının gəliri olaraq qalır. Mükafat, Qalibin xahişi ilə dəyişdirilə, əvəz oluna və ya üçüncü şəxsə ötürülə bilməz.
7.3. Mükafatın qəbulu – Mükafat, Qalib olan İştirakçının ödəniş edilən hesabına həmin İştirakçı Qalib elan edildikdən sonrakı 24 saat ərzində “SETUP” MMC-nin rəsmi partnyoru olan “DRAKARİS” MMC - Yığım ödəmə sistemi vasitəsilə köçürülür. Mükafat məbləğinin ödənilməsi zamanı həmin məbləğdən İştirakçının hesabının hansı bankda olmasından asılı olmadan 4% komissiya haqqı və Azərbaycan Respublikasının Vergi məcəlləsinin 101.5 maddəsinə uyğun olaraq 10% Mükafatdan vergi  kimi tutulmalar həyata keçirilir.
7.4.  Qalib müsabiqənin şərtlərini pozduğu halda, ona Mükafat təqdim olunmur. Təşkilatçı, Qalibin şübhəli hərəkətlərini, o cümlədən Tətbiqin və/və ya Müsabiqənin texniki məhdudiyyətlərini dolayı yollarla aşmaq niyyətlərini aşkar və ya müəyyən etdiyi halda, Qalibə Mükafat təqdim olunmur. Müsabiqənin ədalətliliyini və şəffaflılığını qorumaq məqsədilə təşkilatçının əməkdaşlarına və onunla bağlı şəxslərə, Müsabiqədə suallarının hazırlanmasında birbaşa və ya dolayı yolla əlaqəsi olan edən digər təşkilatların, sualları tərtib edən redaktor qrupunun üzvlərinə, müstəqil redaktorlara və digər şəxslərə o cümlədən bu bənddə qeyd edilən şəxslərin ailə üzvlərinə Mükafat təqdim olunmur.
Qeyd:  7.1.-də  qeyd olunan Gəlirin digər 40%-nı Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq müvafiq vergi tutulmalar, Təşkilatçının müvafiq xərcləri,  ödəmə sisteminin köçürmə komissiyası və Təşkilatçının  mənfəətini təşkil edir.)


8. Təşkilatçının məsuliyyəti
8.1. Tətbiqin funksionallığı, o cümlədən onun bütün skriptləri, tərkibi və tərtibatı olduğu kimi qəbul edilməlidir. Tətbiqin və ya onun funksionalının hər-hansı xüsusi məqsədlərlə istifadəyə uyğun və yararlı olub-olmamasına dair Təşkilatçı heç bir zəmanət vermir. Təşkilatçı, Tətbiqin və/və ya onun funksionalının istifadəsinin hər-hansı xüsusi (spesifik) nəticələrin əldə olunmasına heç bir söz və zəmanət vermir.    
8.2. Anlaşılmazlıqların yaranmaması üçün İstifadəçi, Tətbiqdə yerləşdirilmiş bütün keçidlərə (linklərə) qoşularkən diqqətli olmalı və bütün ehtiyat tədbirləri görməlidir. 
8.3. Təşkilatçının xəbərdarlıq və tövsiyələrinə baxmayaraq, Tətbiqdən, onun hər-hansı tərkib hissəsindən və Tətbiqdən istifadə zamanı əldə oluna biləcək istənilən digər materialların istifadəsi nəticəsində mənfəətin itirilməsi (gəlirdən məhrum olma), şərəf və ləyaqətə vurulan zərər daxil olmaqla, istənilən dolayı, təsadüfi, qəsdsiz dəymiş zərərlərə görə Təşkilatçı və ya onun nümayəndələri heç bir halda İstifadəçi və ya istənilən üçüncü şəxslər qarşısında məsuliyyət daşımır.
8.4. Təşkilatçı, Tətbiqin 24 saat rejimində fəaliyyət göstərməsini təmin etmək üçün kommersiya cəhətdən əsaslandırılmış lazımi tədbirlər görür, lakin Tətbiqdə  texniki nasazlıqlar və profilaktik tədbirlər səbəbindən baş vermiş fasilələrin olmayacağına, o cümlədən hissələrlə və ya tam işləyəcəyinə zəmanət vermir. Təşkilatçı zəmanət vermir ki, gələcəkdə Tətbiq və onun bütün elementləri istənilən vaxt aralığında fəaliyyətini davam etdirəcək və ya heç vaxt fəaliyyətini dayandırmayacaqdır. Təşkilatçıdan asılı olmayan səbəblərə görə, o cümlədən müəyyən olunmuş qaydalara İstifadəçi tərəfindən riayət olunmadığı hallarda, İstifadəçinin Tətbiqə giriş edə bilməməsinə görə Təşkilatçı məsuliyyət daşımır.  
 
9.  Təşkilatçı və İştirakçı (lar) arasındakı münasibətlərin tənzimlənməsi
9.1. Təşkilatçı və İstifadəçi arasında yarana biləcək istənilən mübahisələr Tətbiqdəki Qaydalarla tənzimlənmədiyi hallarda, onlar bu mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar. 
9.2. Məsələ danışıqlar yolu ilə həll olunmadığı təqdirdə, Azərbaycan Respublikasının Qanunvericiliyi rəhbər tutulur və ya bu mübahisələr məhkəmə qaydasında həll olunur. 


DİQQƏT, HAZIRKI BİLİK MÜSABİQƏSİ ÖDƏNİŞLİDİR!  ƏGƏR SİZ BU TƏTBİQDƏ QEYDİYYATDAN KEÇİRSİNİZSƏ, O CÜMLƏDƏN BU TƏTBİQDƏN HƏR-HANSI DİGƏR YOLLA İSTİFADƏ EDİRSİNİZSƏ, BUNUNLA SİZ, HAZIRKI RAZILAŞMANI (QAYDALARI) VƏ BU RAZILAŞMANIN (OFERTA) TƏRKİB HİSSƏSİ OLAN TƏTBİQİN TEZ-TEZ SORUŞULAN SUALLAR HİSSƏSİNDƏ QEYD OLUNMUŞ BÜTÜN MƏLUMATI QƏBUL ETMİŞ VƏ BÜTÜN ŞƏRTLƏRİ İLƏ HEÇ BİR İSTİSNA OLMADAN RAZILAŞMIŞ OLURSUNUZ.
 
“TWELFY” tətbiqinin "Razılaşma və Qaydaları" Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü (vəsiqə nömrəsi: VK 2255), 

hüquqşünas Murad Hüseynov  tərəfindən 17 Yanvar 2023-cü ildə tərtib edilmişdir.