Ödəniş: Biliklərinizi sınamaq üçün ödənişli pul mükafatlı müsabiqəni tətbiqin "təqvim" bölməsində, iştirak etmək istədiyiniz müsabiqənin anonsu üzərində, "iştirak et" düyməsi vasitəsi ilə ödəniş əməliyyatı həyata keçirilir.
Imtina: Biliklərinizi sınamaq üçün ödənişli pul mükafatlı müsabiqəni tətbiqin "təqvim" bölməsində, əvvəlcədən iştirak etmək istədiyiniz müsabiqənin anonsu üzərində, "imtina" düyməsi vasitəsi ilə ödənişi qaytararaq, müsabiqədə iştirakdan imtina əməliyyatı həyata keçirilir.
Hesabı ləğv et: Hesabınızı ləğv etmək istədikdə tətbiqin "profil" bölməsində, "hesabı ləğv et" düyməsi vasitəsi ilə həyata keçirilir. Hesabınızın ləğv olunması sorğusunu etdiyiniz təqdirdə, 7 (yeddi) gün ərzində hesabın bərpası imkanı verilir.
Gözləmə müddəti bitdikdə bütün məlumatlar silinir, hesab ləğv olunaraq hesabda qalan vəsait "təşkilatçı"-nın hesabına layihəyə dəstək olaraq ianə olunur.
Qeydlər:
1. Müsabiqə sessiyasının başlaması üçün qaydalara uyğun olaraq minimum 20 iştirakçı həmin sessiyada iştirak etməlidir. Minimal iştirakçı sayı toplanmadıqda sessiya ləğv olunaraq biliklərinizi sınamaq müsabiqəsi üçün ödənişlər geri qaytarılır.
2. Hesabınızı ləğv etmək istədikdə "təşkilatçı" tövsiyyə edir ki, hesabınızda olan qalıq məbləğı bank kartınıza köçürəsiz.