Məxfilik siyasəti

"TWELFY" tətbiqinin "Məxfilik siyasəti"
 


1.     Ümumi müddəalar
1.1. Hazırkı Qaydalar Bakı şəhəri, AZ1113, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M. RƏSULZADƏ STQ, FAİQ RÜSTƏMOV, 124/108. VÖEN1007194531)  ünvanında qeydiyyatda olan “SETUP” MMC-yə məxsus sənəddir və “TWELFY” mobil Tətbiqindən (bundan sonra – Tətbiq) istifadə edən fiziki şəxslərə (bundan sonra - İstifadəçi) dair məlumatların toplanılması və qorunması hallarını müəyyən edir. 
1.2. Hazırkı Qaydaların məqsədi İstifadəçilər, o cümlədən onlara dair şəxsi məlumatlar barəsində bilgilərin yayılmasının qarşısının alınması və bütün nəzərdə tutulmamış müdaxilələrdən qorunmasıdır.   
1.3. Tətbiqin istifadəçiləri barəsində məlumatların toplanılması, saxlanılması, yayılması və qorunması münasibətləri hazırkı Qaydalarla, Tətbiqin Təşkilatçısına (bundan sonra – Təşkilatçı) məxsus digər sənədlərlə və Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsində əks olunan normativ hüquqi aktlarla tənzimlənir.
1.4. Təşkilatçı hazırkı Qaydalara dəyişikliklər etmək hüququna malikdir. Qaydalara dəyişikliklər edildiyi zaman Təşkilatçı, Tətbiqdə yeni Qaydaları dərc etməklə/yerləşdirməklə bu dəyişikliklər barəsində İstifadəçiləri məlumatlandırır.
1.5. Hazırkı Qaydalar, Lisenziya razılaşmasına və “TWELFY” iştirak qaydalarına müvafiq hazırlanıb və qüvvədədir. Hazırkı Qaydalar ilə Təşkilatçıya məxsus digər rəsmi sənədlər arasında ziddiyyət yarandığı halda, hazırkı Qaydaların tələbləri üstünlük təşkil edir.
1.6. İstifadəçi hazırkı Tətbiqdə qeydiyyatdan keçdikdə və Tətbiqin istifadəsinə başladığı zaman, hazırkı Qaydaların şərtləri ilə, o cümlədən aşağıdakılarla razılaşmış olduğunu bildirir:
— şəxsi/fərdi məlumatların (ad, soyad və ata adı, doğum tarixi, şəxsiyyətini təsdiq edən sənədə dair məlumatlar, mobil telefon nömrəsi, Müsabiqədə iştirak məqsədilə İstifadəçinin/İştirakçının təqdim etdiyi və Təşkilatçının əldə etdiyi, həmçinin əldə etmək imkanına malik olduğu istənilən məlumat(lar)) toplanması və işlənməsi (yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, Azərbaycan Respublikasında və Azərbaycan Respublikasından kənarda yerləşən informasiya sistemlərində/serverlərdə saxlanması, Azərbaycan Respublikasında və Azərbaycan Respublikasından kənarda olan üçüncü şəxlərə ötürülməsi, məhv edilməsi), istifadə olunması, o cümlədən İstifadəçi Müsabiqədə qalibi olduğu halda, İstifadəçiyə aid yuxarıda sadalanan məlumatların, o cümlədən Tətbiqdəki şəkilinin və Tətbiqə giriş etmək və Müsabiqədə iştirak etmək üçün istifadə etdiyi mobil nömrənin canlı yayımda qaliblərin adlarının elan olunması zamanı istifadə olunması, o cümlədən reklam və digər kommersiya məqsədləri ilə istənilən formada və heç bir ödəniş olunmadan istifadə olunması.
 
2.     Tətbiqdən istifadə şərtləri
2.1. Tətbiqdən və onun xidmətlərindən (bundan sonra - Tətbiqin Xidmətləri) istifadəyə yol verərkən Təşkilatçı qəbul edir ki, İstifadəçi:    
·       qeydiyyatdan keçərək Tətbiqdən istifadə etmək üçün bütün tələb olunan hüquqlara sahibdir;
·       Tətbiqin Xidmətlərindən istifadə etmək üçün tələb olunan həcmdə özü barəsində doğru məlumat təqdim edir;
·       anlayır və başa düşür ki, İstifadəçi barəsində Tətbiqdə əks olunan məlumatları Tətbiqin digər İstifadəçiləri, o cümlədən İnternet istifadəçiləri də görə bilər və bu İstifadəçilər tərəfindən belə məlumatlar köçürülə və/və ya yayıla bilər;
·       anlayır və başa düşür ki, İstifadəçinin özü tərəfindən digər İstifadəçilərə ötürülmüş məlumatların bəzi növləri bu İstifadəçinin özü tərəfindən silinə bilmir;
·       hazırkı Qaydalarla tanış olub, burada əks olunan bütün şərtlərlə razıdır və burada qeyd olunan bütün hüquq və öhdəlikləri öz üzərinə götürür.
2.2. İstifadəçi qarşısında öz öhdəliyini yerinə yetirmək zərurəti yarandığı haldan başqa bütün digər hallarda Təşkilatçı, İstifadəçilər barəsində toplanılan (daxil olan) məlumatların doğruluğunu yoxlamır.


3.     Məlumatların işlənməsinin məqsədləri
Təşkilatçı, Tətbiqdən və onun xidmətlərindən istifadə etdikləri zaman İstifadəçilər qarşısında yarana biləcək öhdəliklərini yerinə yetirmək məqsədilə İstifadəçilər barəsində, o cümlədən onlara dair şəxsi məlumatların işlənməsini həyata keçirir.


4.     İstifadəçilər barəsində məlumatlar
4.1. İstifadəçilərin şəxsi məlumatlarına aşağıdakılar daxildir:
4.1.1. Tətbiqdə qeydiyyatdan keçən zaman İstifadəçilər tərəfindən təqdim olunan: ad, soyad, doğum tarixi, mobil telefon nömrəsi, elektron poçt ünvanı (e-mail);
4.1.2. Müsabiqə qaydalarına uyğun olaraq İstifadəçinin hesabında toplanmış məbləğin çıxarılması üçün İstifadəçi tərəfindən təqdim olunan mobil nömrə.  
4.2. İstifadəçilər barəsində digər məlumatlar. Təşkilatçı, İstifadəçilər barəsində aşağıdakılardan ibarət digər məlumatlar üzərində işləyə bilər: 
4.2.1. Tətbiqə qoşulan zaman əlavə məlumatlar, o cümlədən texniki qurğuların (cihazların) göstəriciləri, İstifadəçinin əməliyyat sisteminin növü, hostun İP ünvanı, brauzerin növü, yerləşdiyi coğrafi ərazi, əlaqə nömrələri əks olunan telefon kitabçasından məlumatlar, kamera və mikrofondan istifadəyə icazə verildikdən sonra oradan alınan və s. kimi məlumatlar; 
4.2.2. İstifadəçilər tərəfindən Tətbiqə daxil olunmuş və Tətbiqdən istifadə zamanı meydana çıxmış və əldə olunmuş məlumatlar.


5.     İstifadəçilər barəsində məlumatların işlənməsi
5.1. Şəxsi məlumatlar üzərində aparılan işlər aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
  -Şəxsi məlumatların işlənməsi üsulları və məqsədlərinin tam qanuni olması;
  -Vicdanlılıq;
  -Şəxsi məlumatların işlənməsi məqsədlərinin, bu məlumatların toplanması zamanı qeyd olunan məqsədlərə, o cümlədən Təşkilatçının

  səlahiyyətlərinə uyğun gəlməsi;
  -Heç bir zəruriyyət olmadan, o cümlədən bir-biri ilə əlaqəsi olmayan məlumatların məqsədsiz şəkildə işlənməsinin yolverilməzliyi.
5.1.1. Şəxsi məlumatların işlənməsi şərtləri və məqsədləri.
Şəxsi məlumatların işlənməsi şərtləri və məqsədlərinə görə, Təşkilatçı, İstifadəçinin şəxsi məlumatlarını Təşkilatçı və İstifadəçi arasında mövcud olan müqavilənin şərtlərinin yerinə yetirilməsi məqsədilə həyata keçirir. Bunun üçün İstifadəçinin əlavə razılığı tələb olunmur.
5.1.2. Şəxsi məlumatların toplanması.
İstifadəçinin şəxsi məlumatlarının toplanması, onun Tətbiqdə qeydiyyatdan keçdiyi zaman, eləcə də Tətbiqin gələcək istifadəsi zamanı və mükafatın alınması (hesabdakı vəsaitin köçürülməsi) və/və ya mükafat və ya hədiyyələrin alınması üçün Təşkilatçıya müraciəti zamanı həyata keçirilə bilər. 
5.1.3. Şəxsi məlumatların saxlanılması və istifadə olunması.
İstifadəçilərin şəxsi məlumatları birmənalı olaraq elektron daşıyıcılarda saxlanılır və avtomatlaşdırılmış sistemlər vasitəsilə işlənilir. Yalnız Təşkilatçının İstifadəçi qarşısında öhdəliklərini yerinə yetirmək və/və ya qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi məlumatların avtomatlaşdırılmamış işlənməsi halları istisna olmaqla.
5.1.4. Şəxsi məlumatların ötürülməsi.                                                                          
Hazırkı Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla, heç bir digər halda İstifadəçilərin şəxsi məlumatları hər-hansı üçüncü şəxsə ötürülmür. İstifadəçinin razılığı əsasında onun şəxsi məlumatı üçüncü şəxs ola bilən Təşkilatçının tərəf-müqabilinə (kontragentinə) o halda ötürülə bilər ki, bu tərəf-müqabili (kontragent) alınan bütün məlumatların məxfiliyinin tam təmin olunması haqqında öhdəliyi qəbul etmiş olsun. Dövlət orqanlarının (yerli özünüidarəetmə orqanlarının) sorğusu əsasında İstifadəçinin şəxsi məlumatlarının ötürülməsi Qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. İstifadəçi və Təşkilatçı arasında razılığın icrası və İstifadəçinin Tətbiqin bütün funksiyalarından yararlana bilməsi məqsədilə Təşkilatçı, təqdim olunan xidmət və məhsulları daim inkişaf elətdirir, yeni xidmət və məhsullar işləyib hazırlayır və yeridir, xidmət və məhsulların keyfiyyətini optimallaşdırır, Tətbiq və onun xidmətlərinin funksiyalarını təkmilləşdirir. Qeyd olunan hədəflərə yetişmək üçün İstifadəçi, ona aid məlumatların qanunvericiliyin tələbləri çərçivəsində toplanması, saxlanması, artımı, sistemləşdirilməsi, müqayisəsi, xaric olması, istifadəsi, doldurulması (dəqiqləşdirilməsi), o cümlədən Təşkilatçı ilə partnyorluq münasibətində və digər yolla bağlı olan şəxslərə ötürülməsi üçün Təşkilatçının görəcəyi tədbirlərlə razılaşır.         
5.1.5. Şəxsi məlumatların məhv olunması. 
İstifadəçinin şəxsi məlumatları aşağıdakı hallarda məhv olur:
– İstifadəçi tərəfindən sərbəst şəkildə silindikdə;
– Tətbiq Təşkilatçı tərəfindən silindikdə.
5.2. İstifadəçi, hazırkı Tətbiqdən istifadə edərkən anlayır və razılaşır ki, Tətbiqin funksionallığının xüsusiyyətlərinə uyğun olaraq burada əks olunmuş məlumatlar digər İnternet istifadəçiləri üçün əlçatan ola bilər. 


6.     İstifadəçilərin hüquq və öhdəlikləri
6.1. İstifadəçilərin aşağıdakı hüquqları vardır:
6.1.1. Tətbiqin İstifadəçisi kimi, sərbəst şəkildə özü barəsindəki məlumatda, həqiqətə uyğun və özündə doğru məlumatı əks etdirən dəyişiklik və düzəlişlər etmək;
6.1.2. Tətbiqin funksionallığı nəzərə alınmaqla özü barəsindəki məlumatı silmək;
6.1.3. Özü barəsindəki məlumatlar köhnəlmiş, əsassız, qanunsuz yolla əldə olunmuş olduqda və bu məlumatları sərbəst şəkildə silmək mümkün olmadığı hallarda, Təşkilatçıdan belə məlumatların bloklanmasını və ya silinməsini tələb etmək; 


7.     İstifadəçilər barəsindəki məlumatların qorunması tədbirləri.
7.1. Təşkilatçı, İstifadəçi barəsindəki məlumatların qanunsuz və ya təsadüfən ələ keçməsinin, məhv olmasının, dəyişdirilməsinin, bloklanmasının, surətinin çıxarılmasının, yayılmasının, o cümlədən digər qanuna zidd əməllərdən qorunmasının təşkil olunması məqsədilə texniki və təşkilati-hüquqi tədbirlər görür. 
7.2. İstifadəçi hazırkı Tətbiqdə qeyd etdiyi məlumatları üçüncü şəxslərlə bölüşməli deyil və bu məlumatların məxfiliyinin qorunmasının təşkili üçün müvafiq tədbirlər həyata keçirməlidir.


8.     Qaydalara istisnalar.
İstifadəçinin məsuliyyətsizliyi və ya ehtiyatsızlığı səbəbindən, o cümlədən bilərəkdən (qəsdən) etdiyi əməllər nəticəsində, o cümlədən İnternetdən istifadə zamanı və ya Tətbiqin xidmətlərindən ehtiyatsız istifadəsi zamanı onun barəsindəki məlumatın üçüncü şəxslərin, eləcə də digər İnternet istifadəçilərinin əlinə keçməsi nəticəsində onların etdikləri əməllərə görə Təşkilatçı heç bir məsuliyyət daşımır.


9.   İstifadəçilərin müraciətləri
9.1. İstifadəçilər öz sorğularını Təşkilatçıya poçt vasitəsi ilə göndərmək hüququna malikdirlər. (Ünvan: AZ1113, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, M. RƏSULZADƏ STQ, FAİQ RÜSTƏMOV, ev124. m108. VÖEN1007194531). 
9.2. Təşkilatçı İstifadəçidən daxil olmuş sorğuya həmin sorğunun daxil olduğu tarixdən 30 təqvim günü ərzində baxılmasını və cavablandırılmasını öhdəsinə götürür. 
 
“TWELFY” Tətbiqinin Məxfilik Siyasəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü (vəsiqə nömrəsi: VK 2255), hüquqşünas Murad Hüseynov  tərəfindən 17 Yanvar 2023-cü ildə tərtib edilmişdir.